
“Çox xoşbəxtəm” – 75 milyon avroluq transfer
“Mançester Yunayted”in yeni hücumçusu Brayan Mbeumo komandadakı hədəfləri haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Mən çox xoşbəxtəm, klubun gözəl insanları var. Mən “Mançester Yunayted”lə bağlı hər şeyi bəyənirəm. Karyeramda çox şeyə nail olmaq istəyirəm. Bilirəm ki, hələ zirvəyə çatmamışam”.
Mbeumo iyul ayında 75 milyon avroya “Brentford”dan “Mançester Yunayted”ə keçib. 26 yaşlı kamerunlu futbolçu “qırmızı şeytanlar”ın heyətində 4 oyunda 2 qol vurub. Onun klubla müqaviləsi 2030-cu ilin ortalarına qədərdir və bir illik uzadılması variantı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



