
Mbappe ideal kapitan saydığı futbolçunun adını açıqladı
Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe ideal kapitanın kim olduğunu açıqlayıb.
Komanda.az “MadridXtra”-ya istinadən xəbər verir ki, fransalı futbolçu, ideal kapitanın Serxio Ramos olduğunu bildirib:
“İdeal kapitan? Bu, Serxio Ramosdur. Onun kapitan xarakteri var. Ramos həm paltardəyişmə otağında, həm də meydanda lider olmaq üçün doğulub. Hətta kapitan sarğısı olmasa belə, o, ruhən yenə də kapitan olaraq qalır”.
Hazırda 39 yaşı olan Ramos karyerasını Meksikanın “Monterrey” klubunda davam etdirir. İspaniyalı müdafiəçi ilə müqavilənin müddəti cari ilin sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin