“Mbappeyə ehtiyacımız yoxdur”
“Atletiko”nun prezidenti Enrike Serezo hücumçu Joao Feliksin Madrid klubunda uğur qazanacağına inanır.
Komanda.az xarici KiV-ə istinadən xəbər verir ki, o, həmçinin, PSJ-nin futbolçusu Kilian Mbappenin mümkün transferi barədə də danışıb:
“Mbappeyə ehtiyacımız yoxdur və ona ehtiyacımız da olmayacaq. Hətta hər komandanın öz Mbappesi olsa belə”.
Daha əvvəl Mbappenin 2023-cü ilin yanvarında PSJ-dən ayrılmaq istədiyi bildirilirdi. Paris klubunun 23 yaşlı fransalı ilə yalnız 400 milyon avroluq təklif alacağı təqdirdə ayrılmağa hazır olduğu iddia edilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin