
“Mbappeyə dedim ki, “əvəzetmə istə, sən də rahat ol, biz də” – FOTO
Azərbacan millisinin futbolçusu Elvin Bədəlov ötən gün DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə oyunda (0:3) Kilian Mbappe ilə dialoqundan danışıb.
Komanda.az xəbər verir ki, Bədəlov ondan zədəsini soruşduğunu bildirib:
“Əslində, zədə ilə bağlı ondan əvvəl də söhbətləşirdik. Elə oldu ki, ayağı ağrıdı. Ona dedim ki, ağrıyırsansa, əvəzetmə istə, sən də rahat ol, biz də. Cavab verdi ki, “ağrım var, bir azdan əvəzetmə istəyəcəm”. Başqa söhbət olmayıb”. (qafqazinfo)
Futbolçuların dialoquna dair görüntülər ötən gündən bəri müzakirə mövzusuna çevrilib.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



