“Ola bilsin ki, Mbappe gələcəkdə Fransaya qayıdacaq” – PSJ-nin prezidenti
PSJ-nin prezidenti Nasser Əl-Xələfi klubdan ayrılan hücumçu Kilian Mbappe ilə bağlı fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub prezidenti, fransalı forvarda uğur arzulayıb:
“Ona ən yaxşısını arzulamaq istəyirəm. Yeddi ildir ki, Mbappe klubumuz üçün faydalı oyunçu olub. O, bizə 18 yaşlı oğlan kimi gəlib və indi dünyanın ən yaxşı futbolçusudur. Ola bilsin ki, Mbappe gələcəkdə Fransaya qayıdacaq. Bilirəm ki, o, iddialarını həyata keçirmək üçün başqa çempionata keçmək istəyir. Ona bunu etməyə icazə verilir”.
25 yaşlı hücumçunun növbəti iş yerinin “Real” olacağı bildirilir. Tərəflər 5 illik müqavilə imzalamağa yaxındırlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin