Mbappeyə əlavə məşqlər keçirilir

“Real” Kilian Mbappedə yeni supergüc kəşf etməyə ümid edir.

Fransalı forvard bu yaxınlarda “Leqanes”lə qarşılaşmada (3:2) karyerasında cərimə zərbəsindən ilk qolunu vurub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real” Mbappenin cərimə zərbələri istiqamətində inkişaf etməsini və bu şəkildə müntəzəm olaraq fərqlənməsini istəyir. 26 yaşlı futbolçu artıq təyinatlı mütəxəssislərlə əlavə məşqlər keçir.

Mbappe bu mövsüm Karlo Ançelottinin komandasında 45 oyunda 33 qol vurub və 4 məhsuldar ötürmə edib. O, ötən yay PSJ-dən azad agent kimi keçərək, “kral klubu”nun sıralarına qoşulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button