
Mbappeyə yeni müqavilə təklif edilməyəcək
Qətər əmiri Təmim bin Həməd Əl Tani PSJ-nin hücumçusu Kilian Mbappeni Fransa klubunu tərk etməməyə inandırmaq fikrində deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubunun sahibi Mbappeyə yeni müqavilə təklif etməyəcək. Hücumçunun çoxdan “Real”a keçmək qərarına gəldiyi bildirilir.
Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. 25 yaşlı futbolçu parislilərlə 13 kubok qazanıb. O, bu mövsüm bütün turnirlərdə 32 oyun keçirib, 32 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin