“Mbappenin valideynləri ilə danışdım, onları razı salmağa çalışdım” – Venger
“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger hücumçu Kilian Mbappenin “topçular”a baş tutmayan transferindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı mütəxəssis, Mbappenin valideyinləri ilə danışıb, onları razı salmağa çalışdığını bildirib:
“Mbappenin valideynləri ilə danışdım və onları razı salmağa çalışdım. Bununla belə, PSJ Kilianı müqaviləni uzatmağa razı sala bildi. Sonra valideynləri ona yaxşı məsləhətlər verdilər. O, karyerası ilə bağlı düzgün qərar verdi”.
Mbappe cari transfer pəncərəsində komandasını dəyişərək, azad agent kimi PSJ-dən “Real”a keçib. 25 yaşlı hücumçu “kral klubu” ilə 2029-cu ilin yayına qədər olan müqavilə bağlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin