
Mbappenin yeni kluba keçidi AÇ-2024-dən əvvəl açıqlanacaq
“Real” 2024-cü il Avropa çempionatı başlamazdan əvvəl PSJ-nin hücumçusu Kilian Mbappe ilə müqavilə imzaladığını elan edəcək.
Komanda.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
“Kral klubu” və parislilər Çempionlar Liqasının cari mövsümündə pley-off mərhələsində oynadığı müddətdə transfer rəsmi olaraq açıqlanmayacaq.
Mbappe bu mövsüm PSJ-nin heyətində 37 oyun keçirib, 38 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin