“Mbappenin “Real”a getdiyini görmək utancverici idi”
PSJ-nin baş məşqçisi Luis Enrike komandanın keçmiş hücumçusu Kilian Mbappeni itirməyin onun üçün xoşagəlməz olduğunu etiraf edib.
Komanda.az xəbər verir ki, ispaniyalı çalışdırıcı mətbuat konfransında Mbappenin əla oyunçu və fantastik insan olduğunu bildirib:
“Mbappe əla oyunçu və fantastik insandır. Onun kimi xüsusi bir oğlan tapmaq çətindir. Kilianın “Real”a getdiyini görmək utancverici idi”.
Fransalı forvard bu yay azad agent kimi “Real”a keçib.
Mbappe İspaniya çempionatında 6 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun dekabrda 26 yaşı tamam olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin