
Mbappenin qardaşı PSJ-də ilk oyununa çıxdı – FOTO
Kilian Mbappenin kiçik qardaşı Ethan Mbappe PSJ-də ilk oyununu keçirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 15 yaşlı yarımmüdafiəçi aşağı liqa təmsilçisi “Paris”lə keçirilən yoxlama görüşündə əsas komandada forma geyinmək şansı qazanıb.
O, 45-ci dəqiqədə Fabian Ruizin əvəzinə meydana daxil olub. Qarşılaşma 30 dəqiqəlik iki hissə formatında keçirilib.
Matç PSJ-nin qələbəsi ilə yekunlaşıb (2:1).

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin