Mbappenin “Real”da görmək istədiyi oyunçu

Daha bir fransalı futbolçu “Real”ın sıralarına qoşula bilər.

Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, sözügedən oyunçu “Arsenal”ın müdafiəçisi Vilyam Salibadır.

“Kral klubu”nun hücumçusu Kilian Mbappe şəxsən həmyerlisinin transferində israrlıdır. O, Salibanı transfer etmək istəyi ilə “Real” rəhbərliyinə müraciət edib. Mbappe istəyir ki, Saliba yayda Madrid klubuna keçsin.

Fransalı müdafiəçinin “topçular”la müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button