Mbappenin anası “Real”la razılığa gəlib – Madriddə ev də tapıb

PSJ-nin hücumçusu Kilian Mbappenin anası və agenti Faiza Lamari son bir neçə gününü Madriddə keçirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı futbolçunun müqaviləsinin təfərrüatları ilə bağlı “Real”la danışıb. Hücumçunun İspaniya klubuna keçidi artıq razılaşdırılıb. Lamari digər məsələlərlə yanaşı, Madriddə mənzil məsələlərini də həll edib.

Fevralın 15-də Mbappe PSJ rəhbərliyinə mövsümün sonunda klubdan ayrılacağını bildirib. Onun Paris klubu ilə müqaviləsi yayda başa çatacaq.

25 yaşlı futbolçu bu mövsüm PSJ-nin heyətində 32 oyun keçirib, 32 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button