“Mbappeni görəndən sonra “Yuventus”un idman direktoruna zəng etdim” – Kyellini

“Yuventus”un sabiq müdafiəçisi Corco Kyellini hücumçu Kilian Mbappenin oyunu ilə bağlı ilk təəssüratlarından danışıb.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu, Mbappeni görəndən sonra gecə saat 11-də “Yuventus”un idman dirktoru Paratiçiyə zəng etdiyini bildirib:

“Mbappe haqqında ilk təəssürat? Kilianı Çempionlar Liqasında ilk oyunlarından birində gördüm. “Monako” ilə “Mançester Siti” qarşılaşırdı. Mbappeni görəndən sonra gecə saat 11-də “Yuventus”un idman direktoru Paratiçiyə zəng etdim. Mən ondan soruşdum: “Bu oğlan kimdir?”

Mbappe yeni mövsümdən “Real”da çıxış edəcək.

Fransalı forvard 2016/17 mövsümündə “Monako”da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button