Mbappeni 10 il həbs cəzası gözləyir?

“Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe təcavüzdə günahkar bilinərsə, ciddi cəza ala bilər.

Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, İsveçdə sübut edilmiş zorlama təqsiri 6 ilə qədər həbslə cəzalandırılır. Ağırlaşdırıcı hallar yaranarsa, həbs müddəti 10 ilə qədər artırıla bilər.

Mbappe dostları ilə vaxt keçirdiyi Stokholmdakı oteldə qadına təcavüz etməkdə şübhəli bilinir.

25 yaşlı forvard “Real”a yay transfer pəncərəsində PSJ-dən keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button