Mbappedən Vinisiusa: “Biz qol vurmalıyıq”

“Real”ın yeni futbolçusu Kilian Mbappe İspaniya çempionatının 10-cu turunda “Selta” ilə oyunda komanda yoldaşı Vinisius Juniora məsləhətlər verib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı hücumçu, Vinisiusa qol vurmalı olduğunu bildirib:

“Qol vurmalısan, sürəti azalda bilməzsən. Tərəddüd etsən, hücumu başa çatdıra bilməyəcəksən. Biz qol vurmalıyıq”.

Qarşılaşma “kral klubu”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Vinisius və Mbappe hərəyə bir qol vurub.

“Real” İspaniya çempionatının 10 turundan sonra 24 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Karlo Ançelottinin komandası lider “Barselona”dan 3 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button