
Mbappe Ançelottiyə təşəkkür etdi
“Real”ın hücumçusu Kilian Mbappe italiyalı mütəxəssis Karlo Ançelottinin komandanın baş məşqçi vəzifəsindən ayrılmasına münasibət bildirib.
Komanda.az xəbər verir ki, fransalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında Ançelottiyə təşəkkür edib:
“Cənab, mənim üçün etdiklərinizə görə təşəkkür edirəm. Sizin rəhbərliyiniz altında işləmək mənim üçün böyük şərəf idi. Sizə ən yaxşısını arzulayıram”.
Ançelotti bundan sonra Braziliya millisində çalışacaq. Onun “kral klubu”ndakı yerini isə Leverkuzen “Bayer”inin çalışdırıcısı Xabi Alonso tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin