Mbappe zorlamada şübhəli bilinir?

“Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe yenidən qalmaqalın mərkəzinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçunun İsveçdə zorlamada şübhəli bilindiyi ilə bağlı məlumat ortaya çıxıb. Belə ki, o, ötən həftə Stokholmda vaxt keçirib.

Məlumat ortaya çıxandan sonra Mbappe sosial şəbəkə hesabında paylaşım edib:

“Yalan xəbərdir! Bu, dinləmədən bir qədər əvvəl, sanki təsadüfən, proqnozlaşdırılan yanlış məlumatdır”.

Mbappe ilə keçmiş klubu PSJ arasında mübahisə ilə bağlı dinləmələr var. O, Liqa 1 klubundan maaş və bonuslar üzrə borclarını tələb edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button