Mbappe Zidanın müdafiəsinə qalxdı
PSJ-nin hücumçusu Kilian Mbappe Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qreyə cavab verib.
Komanda.az xəbər verir ki, federasiya rəhbəri “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanı aşağılamışdı. O, bildirib ki, Zidan Fransa millisinin baş məşqçi postuna namizədlər arasında olmayıb və hətta onun zənginə belə cavab verməz.
Mbappe “tvitter” hesabında onun sözlərinə belə reaksiya verib:
“Zidan Fransadır, biz əfsanəyə belə hörmətsiz yanaşa bilmərik”.
Zidan Portuqaliya, Braziliya və ABŞ milli komandalarına rəhbərlik etməkdən imtina edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin