Mbappe Xaviyə hansı məsləhəti verib?
Daha əvvəl PSJ-də çıxış edən PSV-nin yarımmüdafiəçisi Xavi Simons Paris klubunun hücumçusu Kilian Mbappe ilə ünsiyyətindən danışıb.
Komanda.az “Telegraaf”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu Mbappenin ona yaşına fikir verməməyi öyrətdiyini, yaşın futbolda önəmli olmadığını deyib:
“Mbappe? Onunla çox danışırdım və o, mənə həmişə deyirdi: “Futbolda yaş önəmli deyil”. 21 yaşlı 25 yaşda olandan daha yaxşıdırsa, daha gənc olan oynayacaq. Bu, həmişə ağlımda olan şeydir”.
20 yaşlı Simons keçən yay azad agent kimi PSV-yə keçib. O, cari mövsümdə 43 matçda 18 qol vurub, 11 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin