“Mbappe xəstə adamdır” – Tanınmış jurnalist
Tanınmış fransalı jurnalist Daniel Riolo “Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappenin psixoloji problemlərindən danışıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, Mbappenin ruhi xəstə və çox tənha olduğunu düşünür:
“Kilian pis vəziyyətdədir. Bu, artıq digər idmançıların başına da gəlib. Görünür, pərdə artıq endirilib, Mbappe üçün futbolla bağlı heç nə qalmayıb. Ailəsi, yaxınları ona nəyisə məsləhət görməlidir, onunla danışmalıdır. Ruhunu ağırlaşdıran şeylərdən qurtulmaq üçün açılmalıdır. Penaltini yerinə yetirmək üçün necə qaçdığını, bədəninin necə tərpəndiyini görəndə… Bu, xəstə adamdır. O, tənhadır, çox tənhadır”.
Mbappe UEFA Çempionlar Liqasında “Liverpul”la keçirilən son matçda (0:2) penaltidən yararlana bilməyib.
Bizi Facebook-da izləyin