Mbappe 5 kiloqram çəki itirib

Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe son bir həftə ərzində ciddi xəstəliklə mübarizə aparıb.

26 yaşlı futbolçu ötən həftə Klublararası dünya çempionatında “Real”la “Əl-Hilal” arasında baş tutan oyun günü kəskin qastroenterit diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Mbappe virus səbəbilə 4-5 kiloqram çəki itirib. Bu, onun fiziki durumu üçün ciddi itki hesab olunur.

Fransalı forvard hazırda vəziyyətini nisbətən bərpa edib və bu həftənin əvvəlində fərdi məşqlərə başlayıb. O, komandaya tezliklə qoşulmağa və forma yığmağa ümid edir.

Mbappenin yaxın günlərdə əsas heyətə qayıtması həkimlərin və məşqçilərin qərarından asılı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button