
Kubarsi Yamalla Mbappeni müqayisə etdi
“Barselona”nın müdafiəçisi Pau Kubarsi komanda yoldaşı Lamin Yamalı “Real”ın hücumçusu Kilian Mbappe ilə müqayisə edib.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, hər iki futbolçunun komandaları üçün vacib olduğunu söyləyib:
“Hansına qarşı müdafiə olunmaq daha çətindir? Hər ikisi çox çətindir. Yamal məşqdə səni istənilən istiqamətdə məğlub edə bilər və Mbappe də matç zamanı eyni şeyi edə bilər. Hər ikisi komandaları üçün çox vacib oyunçulardır”.
Kataloniya klubu oktyabrın 26-da, mövsümün ilk “el klasiko”sunda səfərdə “Real”la qarşılaşacaq. Hazırda “kral klubu” La Liqanın turnir cədvəlində “Barselona”nı iki xal qabaqlayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



