
Benzema: “Mbappe bilir ki, Madriddə uğursuz olsan, səni “öldürəcəklər”
“Əl-İttihad”ın hücumçusu Kərim Benzema “Real”ın forvardı Kilian Mbappeyə edilən təzyiqlərdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmyerlisi olan fransalı futbolçu haqda bunu söyləyib:
“Mən “Real”a çox gənc, 21, o isə 25 yaşında gəlib. O bilir ki, Madriddə uğursuz olsan, səni “öldürəcəklər”. Təzyiq çox böyükdür və o bunu bilir. “Qızıl top”u və ya istədiyiniz hər şeyi qazana bilərsiz, amma ardıcıl üç oyunda qol vurmasaz, hər şey yenidən başlayır. Onunla yaşamağı öyrənməlidir. Mbappe də özünə çox təzyiq göstərməli olacaq. Hər oyun qol vurmaq üçün yeni fürsətdir. Onun səviyyəsi var, uğur qazanmaq üçün hər şeyə sahibdir”.
Benzema 2009-2023-cü illərdə “Real”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin