Aquero Mbappenin yaratdığı təhlükədən danışdı

“Mançester Siti”nin sabiq forvardı Serxio Aquero “Real”ın hücumçusu Kilian Mbappe haqqında danışıb.

Komanda.az “Stake”-ə istinadən xəbər verir ki, argentinalı keçmiş futbolçu belə qənaətə gəlib ki, Mbappenin Madrid klubuna keçidi digər komandalar üçün təhlükəni artırıb:

“Mbappenin “Real”a keçidi digər komandalar üçün daha çox təhlükə yaradıb. Məncə, o, La Liqanın bombardiri adına iddialıdır. Ancaq bir oyunçunun əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan komandadır”.

Fransalı forvard “Real”ın heyətində 6 oyun keçirib, 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button