Mbappe 43 min avro xərcləyib! – Tennis oynamaq üçün

“Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe ötən həftə asudə vaxtını İsveçdə keçirib.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, fransalı futbolçu bu ölkədə olduğu müddətdə təxminən 150 min avro xərcləyib. O, stolüstü tennis oynamağa görə ayrıca otaq üçün 43 min avro ödəyib.

Mbappenin İsveçə səfərindən sonra ona qarşı zorlama ittihamları ilə bağlı məlumatlar yayılıb.

25 yaşlı forvard hazırda “Real”ın digər futbolçuları ilə birgə səfərdə qarşılaşacaqları “Selta” ilə matça hazırlaşır. Komandalar oktyabrın 19-da üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button