Mbappe tənqidlərə cavab verdi

Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe başqalarının ona münasibəti ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, fransalı futbolçu onların dediklərinə fikir vermədiyini bildirib:

“İndi elə bir yerdəyəm ki, onların mənim haqqımda dediklərinə fikir vermirəm. Meydana çıxıram və komandamın qalib gəlməsi üçün əlimdən gələni edirəm. Məni ən az başqalarının fikri narahat edir”.

Mbappe “Real”a yay transfer pəncərəsində keçib. 25 yaşlı forvard kluba PSJ-dən azad agent kimi üz tutub. Onun “kral klubu” ilə müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button