Mbappe: “Sona qədər mübarizə aparacağıq”

“Real”ın hücumçusu Kilian Mbappe La Liqada dünən “Selta”ya qarşı keçirilən və madridlilərin 3:2 hesablı qələbəsi ilə başa çatan oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, 25 yaşlı forvard sona qədər mübarizə aparacaqlarını bildirib:

“Biz sona qədər mübarizə aparacağıq. “Hala Madrid”.

Fransalı futbolçu dubl edərək, komandasının qələbəsində mühüm rol oynayıb. Turnir cədvəlində “Real”ın “Barselona” ilə xal fərqi hələ də dörd olaraq qalır, qarşıda isə 4 tur var.

Karlo Ançelottinin komandası növbəti turda səfərdə “Barselona” ilə qarşılaşacaq. Çempionluq uğrunda əsas rəqiblərin üz-üzə gələcəyi bu oyun mayın 11-də, saat 18:15-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button