Mbappe “Real”a qarşı çıxır?

Kilian Mbappe sentyabrda Millətlər Liqasının oyunları üçün Fransa millisinə çağırılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa millisinin baş məşqçisi Didye Deşam açıqlamasında Mbappenin öz xahişi ilə komandaya çağırıldığını bildirib:

“Mən Mbappeni yaxşı formada görürəm. O, buradadır və bu, onun seçimidir”.

Mbappe “Real”dan onu təlim-məşq toplanışına çağırmamağı xahiş edib. Madriddə 25 yaşlı forvardın dincəlməsini istədikləri barədə məlumatlar yayılıb. Vəziyyəti nəzərə alsaq, fransalı futbolçu Madrid klubuna qarşı çıxa bilər.

Fransa yığması gələn ay İtaliya (6 sentyabr) və Belçika milliləri (9 sentyabr) ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button