Mbappe “Real”a keçməyəcək

PSJ-nin yarımmüdafiəçisi Ethan Mbappe bu yay “Real”a keçməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu azarkeşlərin Madrid klubuna mümkün keçidi ilə bağlı suallarına mənfi cavab verib.

Ethanın qardaşı Kilian Mbappe mayın 10-da cari mövsümün sonunda azad agent kimi PSJ-dən ayrılacağını açıqlayıb. Böyük ehtimalla, forvard karyerasını “Real”da davam etdirəcək. Madrid klubunun AÇ-2024 başlamazdan əvvəl Kilian Mbappe ilə müqaviləni rəsmən elan edəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button