Mbappe “Real Sosyedad”la matçı buraxacaq

“Real”ın hücumçusu Kilian Mbappe “Real Sosyedad”a qarşı keçiriləcək kral kubokunun yarımfinal matçı üçün komandasının heyətinə daxil edilməyib.

Komanda.az xəbər verir ki, İspaniyanın AS nəşrinin məlumatına görə, fransalı forvard diş ağrısını aradan qaldırmaq üçün əməliyyat olunub.

Bundan əvvəl “Real”ın baş məşqçisi Karlo Ancelotti Mbappenin San-Sebastyanda keçiriləcək oyuna gedəcəyini bildirmişdi.

“Real” və “Real Sosyedad” arasındakı matç bu gün baş tutacaq. Oyun San-Sebastyan şəhərindəki stadionda keçiriləcək. Oyunun start fiti saat 00:30-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button