Mbappe Qrizmannla nəyi müzakirə edib?

Bu yaxınlarda Fransa millisinin kapitanı təyin edilən Kilian Mbappe vəziyyətdən narazı olan komanda yoldaşı Antuan Qrizmannla danışıb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu baş məşqçi Didye Deşamın onu millinin yeni kapitanı seçməməsindən məyus olduğunu bildiyi üçün qol sarğısını “Atletiko”nun hücumçusuna təhvil verməyə hazır olub. Mbappe hansısa diskomfortdan qaçmaq və vəziyyəti sakitləşdirmək istəyib.

Kilian millidəki komanda yoldaşına məyusluğunu başa düşdüyünü açıq şəkildə bildirib. Mbappe qeyd edib ki, komandada liderliyi monopoliyaya almaq niyyətində deyil.

Xəbərdə qeyd olunur ki, hər iki futbolçu milli komandaya münasibətini dəyişmək niyyətində deyil və aralarında heç bir gərginlik yoxdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button