İspaniya mətbuatı: “Mbappe qorxaq görünürdü”

İspaniya mətbuatı La Liqanın 11-ci turunun “Real” – “Barselona” qarşılaşmasından (0:4) sonra Madrid klubunun hücumçusu Kilian Mbappenin çıxışını tənqid edib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, mətbuat fransalı futbolçunun zəif çıxış etdiyini yazıb:

“Mbappenin debütü “el klasiko”da uğursuz oldu. O, zəif oynadı və səkkiz dəfə ofsaydda qaldı. Mbappe qorxaq görünürdü”.

Mbappe bu ilin yayında Madrid klubuna qoşulub. Tərəflər arasında 5 illik müqavilə imzalanıb. 25 yaşlı hücumçu La Liqanın cari mövsümündə 10 matçda 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button