Mbappedən qardaşının PSJ-də debüt etməsinə reaksiya

PSJ-nin hücumçusu Kilian Mbappe 16 yaşlı qardaşı Ethan Mbappenin Fransa çempionatının 17-ci turunun “Metz”lə oyununda (3:1) debüt etməsinə münasibət bildirib.

Komanda.az PSJ-nin rəsmi saytına istinadən xəbər verir ki, o, kiçik qardaşına görə xoşbəxt olduğunu bildirib:

“Mən xoşbəxtəm. Düşünməzdim ki, məni belə özəl gün gözləyir. Bu matçı çox xatırlayacam. Mənim üçün ən önəmlisi Ethanın oyunda iştirakıdır. Baxmayaraq ki, qələbə və qol həmişə xüsusidir. Böyük gündür!”

Ethan Mbappe indiyədək PSJ-nin heyətində yalnız yoldaşlıq görüşlərində çıxış edib. “Metz”lə matç onun peşəkar futbolda ilk oyunu olub.

Hazırda Fransa çempionatının turnir cədvəlinə 40 xalla PSJ başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button