
Mbappe PSJ-dən ayrıldığı üçün peşman deyil
“Real”ın hücumçusu Kilian Mbappe PSJ-ni tərk etməsini dəyərləndirib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı futbolçu PSJ-dən tez ayrıldığını düşünmür:
“PSJ-dən tez ayrıldığımı düşünmürəm. Bu hekayə orada bitdi. Heç bir peşmanlığım yoxdur, çünki orada öz yolumun sonuna çatmışdım.
Onların UEFA Çempionlar Liqasını qazanması? Tale elə gətirdi ki, bu uğur mənsiz baş verməli idi”.
26 yaşlı forvard ötən ilin yayında Paris klubundan “Real”a keçib.
PSJ 2024/25 mövsümündə tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. Luis Enrikenin rəhbərlik etdiyi komanda həmçinin, Liqa 1 çempionluğunu və Fransa kubokunu da qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



