
Mbappe PSJ-də qalacaq?
PSJ-nin hücumçusu Kilian Mbappe ona təklif edilən şərtlərlə maraqlandığı üçün hazırkı komandada qala bilər.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, yanvarın əvvəlində məzuniyyətdən sonra Mbappenin PSJ-nin prezidenti Nasser Əl-Xələfi ilə keçirdiyi görüşdə müqavilənin şərtləri müzakirə olunub.
Onun həmçinin klubda qalmaq səbəbi “Real”ın Mbappenin qarşısında qoyduğu ultimatum ola bilər. Belə ki, futbolçu yanvarın sonuna kimi Madrid klubuna keçib-keçməməsi barədə məlumat verməlidir.
Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 24 matçda iştirak edib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin