
Mbappenin yay planı
Fransa millisinin hücumçusu Kilian Mbappe Avropa çempionatını tərk etdikdən sonra nə edəcəyini açıqlayıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı futbolçu bunu deyib:
“Planlarım? Tətil, tətil və yenidən tətil”.
Fransa millisi yarımfinal matçında İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olub.
Mbappe Avropa çempionatında beş görüşdə iştirak edib, penaltidən cəmi bir qol vurub. 25 yaşlı hücumçu növbəti mövsümdən “Real”da çıxış edəcək. O, bu yay Madrid klubuna keçərək, 5 illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin