“Komandamız ötən mövsümdən çox şey öyrəndi”

“Real”ın hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının yeni mövsümündə komandasının məqsədlərindən danışıb.

Komanda.az xəbər verir ki, fransalı futbolçu AS nəşrinə açıqlamasında ötən mövsüm yaşananlardan dərs çıxardıqlarını bildirib:

“Komandamız ötən mövsümdən çox şey öyrəndi. İndi bu təcrübəni meydanda göstərmək vaxtıdır. Cari mövsüm bizim üçün xüsusi əhəmiyyət daşıyır, çünki qarşıda dünya çempionatı var. Mundiala yollanmaq üçün özünü sübut etməlisən”.

“Real” ötən mövsüm Çempionlar Liqasının 1/4 final mərhələsində “Arsenal”a iki oyunun nəticəsinə görə 1:5 hesabı ilə uduzaraq, turnirdən kənarlaşdırılmışdı. Həmin vaxt komandanın baş məşqçisi Karlo Ançelotti idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button