Mbappe özündən narazıdır

“Real”ın hücumçusu Kilian Mbappe komandadakı çıxışından narazıdır.

Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, fransalı forvard hələ də ümidləri doğrultmadığını hiss edir. Buna baxmayaraq, o, “kral klubu”nda uğur qazanacağına inanır.

Mbappe “Barselona”ya qarşı son matçda 8 dəfə oyundankənar vəziyyətə düşüb.

25 yaşlı futbolçu cari mövsümdə 14 oyun keçirib, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

“Real” İspaniya çempionatının 11-ci turunda evdə “Barselona”ya 0:4 hesabı ilə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button