Mbappe narazıdır

Fransa yığmasının hücumçusu Kilian Mbappe millinin son oyunlardakı taktiki hazırlığından narazı qalıb.

Komanda.az xəbər verir ki, bu barədə “Football News” nəşri məlumat yayıb.

25 yaşlı hücumçu UEFA Millətlər Liqasının qrup mərhələsində evdə İtaliyaya uduzduqları oyunu (1:2) şərh edərkən taktiki hazırlığın olmamasına diqqət çəkib. Mbappenin bu sözləri ilk növbədə komandanın baş məşqçisi Didye Deşama ünvanlanıb.

Fransa millisi qrup mərhələsinin ikinci matçında Belçika yığması üzərində 2:0 hesablı qələbəni bayram edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button