
Mbappe PSJ-ni məhkəməyə vermək istəyir
Kilian Mbappe və PSJ məhkəməyə baş vura bilər.
Komanda.az “Todoficajes”-ə istinadən xəbər verir ki, fransalı hücumçu maaş və bonuslar borcuna görə Liqa 1 nəhəngindən təxminən 100 milyon avro tələb edir.
PSJ bu pulu ödəməkdən imtina edir və klub prezidenti Nasser Əl-Xələfi Mbappe ilə yazılı razılaşmaya istinad edir. Bu müqavilədə futbolçu azad agent kimi ayrılacağı təqdirdə, parislilərə maddi ziyan vurmamağa razılaşıb. Ümumiyyətlə, məsələ məhkəməyə qədər gedə bilər.
Mbappe yayın əvvəlində “Real”la 5 illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin