Mbappe millinin oyunlarında niyə iştirak etməyəcək?
Fransa millisinin baş məşqçisi Didye Deşam Kilian Mbappenin Millətlər Liqasının qrup mərhələsində qarşıdakı oyunlarında iştirak etməməsinə münasibət bildirib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, fransalı çalışdırıcı milli komanda ilə klubun maraqlarının mütləq fərqli olduğunu söyləyib:
“Milli komanda ilə klubun maraqları mütləq fərqlidir. Unutmayın ki, futbolçunu işə götürən klubdur, ölkənin futbol federasiyası deyil”.
Fransa millisi bu ay Millətlər Liqasında İsrail və Belçika yığmaları ilə qarşılaşacaq.
Mbappe bu yay azad agent kimi “Real”a keçib. 25 yaşlı hücumçu La Liqada 8 oyuna çıxıb, 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin