Mbappe milliyə çağırılmayacaq

Kilian Mbappe oktyabrda keçiriləcək təlim-məşq toplanışı üçün Fransa millisinin futbolçularının siyahısında olmayacaq.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, baş məşqçi Didye Deşam Mbappenin özü və “Real”la razılaşaraq, onu çağırmayacaq. O, Madriddə qalacaq və formasını bərpa etməyə çalışacaq.

Mbappe bu yaxınlarda “Alaves”lə oyunda zədələnib. O, “Atletiko”ya qarşı derbi oyununu buraxsa da, Çempionlar Liqasında “Lill”ə qarşı matçda 57-ci dəqiqədə əvəzedici kimi meydana çıxıb. Mbappe hələ yüz faiz hazır deyil.

Fransa millisi oktyabrda UEFA Millətlər Liqasında İsrail və Belçika ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button