
Mbappe “Real”da hansı mövqedə oynayacağından danışıb
Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe mətbuat konfransında “kral klubu”nda hansı mövqedə çıxış edəcəyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər veriri ki, fransalı forvard, baş məşqçinin onu hansı mövqedə qoysa, orada oynamağa hazır olduğunu bildirib:
“Baş məşqçi məni hansı mövqedə qoysa, orada oynamağa hazıram. Ehtiyatda olmasam da, mövqelərə uyğunlaşacam (gülür)”.
“Real” iyunun 3-də 25 yaşlı futbolçu ilə müqavilə imzaladığını elan edib. Mbappe əvvəllər PSJ və “Monako”da oynayıb.
“Real” son mövsümdə İspaniya çempionu və Çempionlar Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin