Liqa 1-in bombardiri məlum oldu

Futbol üzrə Fransa Liqa 1-də 2019-20 mövsümünün ən yaxşı bombardiri açıqlanıb.

Komanda.az xəbər verir ki, bu, PSJ-nin hücumçusu Kilian Mbappedir. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu cari mövsümdə 18 qolla yadda qalıb. “Monako”nun futbolçusu Vissam Ben-Yedder də onunla eyni sayda qol sevinci yaşayıb. Lakin o, bu qolların 3-nü penaltidən vurduğu üçün bombardirlər siyahısında ikinci pillədə yerləşib. Siyahıda 3-cü yeri 16 qolla “Lion”un futbolçusu Mussa Dembele tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button