Mbappe karyerasını bitirmək istəyirmiş – millidə
Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrey hücumçu Kilian Mbappenin milli komandadakı karyerasını bitirmək istədiyini deyib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, buna səbəb, Mbappenin son Avropa çempionatının oyununda penaltini qaçırması olub:
“Biz Mbappe ilə AÇ-2020-dən sonra görüşdük. O penaltini vurmadığına görə sosial şəbəkədə tənqid edilirdi. Bu səbəbdən, əsəbi idi və Fransa üçün oynamaq istəmirdi. Amma əlbəttə ki, bu, heç də ciddi deyildi. O, sadəcə olaraq çempionatla erkən vidalaşmağa görə çox üzülmüşdü. Çünki o, qalib futbolçudur”.
Mbappe AÇ-2020-nin 1/8 finalının İsveçrə ilə matçında həlledici penaltini əldən vermişdi.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin