“Mbappe indi incə bir dövr yaşayır” – Federasiya rəhbəri
Fransa Futbol Federasiyasına rəhbərlik edən Filip Diallo milli komandanın noyabrda keçirilən toplanışında Kilian Mbappenin yoxluğundan danışıb.
Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, federasiya rəhbəri müzakirələrdən xəbərdar olduğunu bildirib:
“Mbappe Didye Deşamla çox danışırdı. Baş məşqçiyə yaxın adamam, ona görə də müzakirələrdən, onun fikirlərindən xəbərim var. Məhz bu müzakirələrin bəhrəsi onu bu seçimi etməyə vadar etdi. Kilian dünyanın ən yaxşı oyunçularından biridir. O, indi incə bir dövr yaşayır. Düşünürəm ki, bütün futbolsevərlər onun bu vəziyyətdən tez bir zamanda çıxmasını, 2018 və 2022-ci illərdə gördüyümüz oyunçuya yenidən çevrilməsini, qoluna sarğı taxıb bizi dünya kubokuna – 2026-ya aparmasını istəyir.
Mən şayiələri dağıtmaq istəyirəm. Bütün söhbətlər zamanı Mbappeni Fransa millisinin formasına hörmətlə yanaşan azarkeş kimi gördüm. Onun tam öhdəliyinə və ya kapitan kimi davranışına heç bir şübhəm yoxdur. Bəzən özünü daha pis hiss edirsən və mən onun ən qısa zamanda millidəki yerinə qayıtmasını istəyirəm”.
Mbappe bu ilin yayında “Real”a transfer olunub.
Bizi Facebook-da izləyin