Deşam Azərbaycan millisi ilə oyundan əvvəl Mbappe haqda danışdı

Fransa millisinin baş məşqçisi Didye Deşam hücumçu Kilian Mbappenin komandadakı rolundan danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“O, mərkəz hücumçusudur. Onun bacarıq diapazonu sistemdən asılıdır. Əksər hücumçular kimi, o, hərəkət azadlığına malikdir. Mərkəzdə, xüsusən də, müdafiədə daha az məhdudiyyət var.

Tez ayağa qalxır, özünə inamlıdır və yaxşı baş zərbəsi var. O, böyük gücə və sürətə malikdir. Bu, onun ən böyük fərq yaratdığı sahələrdir.

Mbappe bizə tamamilə sadiqdir və kapitan rolunu, komanda qarşısındakı məsuliyyətini dərk edir. Onunla hər zaman daha çox şeyə nail ola bilərik. O, azadlıqdan və oyunda olmaqdan həzz alan hücumçudur”.

Fransa millisi oktyabrın 10-da, öz meydanında Azərbaycan yığması ilə DÇ-2026-nın seçmə mərhələ matçında üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button