
PSJ Camalla Mbappeni “birləşdirmək” istəyir
“Bayern”in futbolçusu Camal Musiala PSJ-yə keçə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, Paris klubunun rəhbərliyi almaniyalı futbolçunun gələcəyinə ümid edir. Eyni zamanda, onun komandanın forvardı Kilian Mbappe ilə uğurlu tandem təşkil edəcəyini düşünürlər.
20 yaşlı futbolçu 2020-ci ilin yayından Münhen təmsilçisində çıxış edir. Onun klubla hazırkı sözləşməsi 2026-cı ilin iyununa qədərdir.
Musiala cari mövsümdə “Bayern”in heyətində 46 oyuna çıxıb, 15 qol vurub və 16 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin