PSJ prezidenti ilə Mbappe arasında  münaqişə yaşanıb

PSJ-nin hücumçusu Kilian Mbappe ilə klub prezidenti Nasser Əl-Xələfi arasında münaqişə yaşanıb. 

Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, fevral ayında 25 yaşlı hücumçunun komandasını dəyişmək niyyətini açıqlamasından sonra tərəflər arasında ciddi mübahisə yaranıb. Əl-Xələfi fransalı oyunçunu “nankor” adlandırıb, çünki o, onu klubun layihəsinin əsas siması etmək istəyirdi.

Mbappe mayın 10-da PSJ-dən ayrılacağını rəsmən açıqlayıb. Hücumçu mövsümün sonunda azad agent kimi klubu tərk edəcək. Fransalı futbolçunun yeni iş yerinin Madrid “Real”ı olacağı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button